Sahibinin əvəzinə qərar verəcək süni intellektlə işləyən ventilyator hazırlandı – FOTO

Süni intellektlə bağlı tərtibatlar günü-gündən artmağa başlayır. Bunlardan biri də havanı özü tənzimləyən ağıllı ventilyatordur.

“Mijia Fan” adlanan yeni ixtira “HyperOS” əməliyyat sistemində işləyir. O, otaqda temperaturu arzuolunan səviyyədə saxlamaq üçün süni intellekt funksiyalarından istifadə edir. Belə ki, otaq tətbiqdə əvvəllər konfiqurasiya edilmiş parametrdən çox isinərsə, qadcet avtomatik olaraq işə düşür.

İxtira Çinin “Xiaomi” şirkətinə məxsusdur.

Şirkətdən bildirilib ki, ventilyator 13 metrə qədər məsafədə havanı təmin edə bilir. Bundan başqa 100-ə qədər sürət rejimini dəstəkləyir ki, bununla da enerjiyə qənaət edilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi