Şagirdi xəstəxanalıq edən müəllim haqqında qərar verildi (Video izlə)

Türkiyənin Aksaray şəhərində müəllimin şagirdini döyərək xəstəxanalıq etməsi məsələsi gündəm olub.

Ortaköy rayonunda riyaziyyat müəllimi Əli Rıza Y. 5-ci sinif şagirdi T.K.-nı dəhlizə çıxararaq qəddarcasına döyüb və boğazını sıxıb.

11 yaşlı uşağı onun əlindən digər sinfin müəllimi qurtarıb.

Atası Duran K. onu xəstəxanaya aparıb və şagirdə 10 gün iş qabiliyyətini itirməsi barədə arayış verilib.

“Başqa bir şagird müəllimə deyib ki, T.K. sizə pis söz deyib. O da oğlumu sinifdən çıxarıb döyüb. Bu necə müəllimdi?”, – deyə Duran K. bildirib.

Polisə şikayət edilməsinə baxmayaraq bir gün nəzarətdə saxlanılan müəllim ertəsi gün sərbəst buraxılıb.

Sosial şəbəkə izləyiciləri “AliRızaTutuklansın” həştəqi ilə məhkəmə qərarına etiraza başlayıblar.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya