Şagird məktəbdə “zarafatla” atəş açdı: Uşaqlar xəsarət aldı – FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində 16 yaşlı şagird məktəbdə pnevmatik silahdan atəş açıb.

Hadisə nəticəsində 4 uşaq yüngül xəsarət alıb. Onlar xəstəxanaya müayinə üçün göndəriliblər.

Bildirilir ki, əvvəlcə o, məktəb binasının qarşısında iki yeddinci sinif şagirdinə atəş açıb, daha sonra məktəbə girib və ayaqyolunda iki səkkizinci sinif şagirdinə atəş açıb.

Hazırda yeniyetmə saxlanılıb. O, davranışını zarafat kimi izah edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi