Sabiq nazir müavininə rüşvətxorluğa görə ölüm hökmü verildi – FOTO

Çinin Tszlin əyalətinin Çançun şəhərinin Orta Xalq Məhkəməsi keçmiş ictimai təhlükəsizlik nazirinin müavini Sun Litszyuna rüşvətxorluq və qanunsuz silah saxlama ittihamı ilə ölüm hökmü çıxarıb.

Bu barədə məhkəmənin bəyanatından məlum olub.

“Sun Litzsyun rüşvətxorluğa görə iki il müddətinə təxirə salınmaqla edam cəzasına məhkum edilib, həmçinin ömürlük bütün siyasi hüquqlardan məhrum edilib”, – deyə məlumatda bildirilir.

Məlumata görə, məhkəmə həmçinin müttəhimin bütün əmlakının müsadirə olunmasına qərar verib. Qeyd olunur ki, iki ildən sonra ölüm cəzası ömürlük həbslə (cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə və ya cəzanın yüngülləşdirilməsi hüququ olmadan) dəyişdirilə bilər.

Xatırladaq ki, Çinin keçmiş ədliyyə naziri Fu Cinghua da rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə edam cəzasına məhkum edilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi