Sabiq icra başçısının qardaşı oğlu qəzada öldü (Video izlə)

Naftalanda sabiq icra başçısının qardaşı oğlu avtomobil qəzasında ölüb.

1990-cı il təvəllüdlü Quliyev Cavid Müsəllim oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.

Qeyd edək ki, C.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir