ŞABAK Netanyahunun mühafizəsini qeyri-israil şirkətinə həvalə etdi

ŞABAK Netanyahunun mühafizəsini qeyri-israil şirkətinə həvalə etdi

Sionist rejimin havadan müdafiə sistemlərində böyük biabırçılıq hallarından sonra ŞABAK baş nazir Benyamin Netanyahunun qeyri-israil HMS-i ilə mühafizə olunma qərarına gəlib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Haarets qəzeti bugünkü (9 iyul) sayında yazıb: ŞABAK baş nazirin mühafizəsi üçün qeyri-irail sistemindən istifadə edilməsi qərarı ilə Finlandiyadan HMS alıb.

Helsingin Sanomat qəzeti bu barədə yazıb: ŞABAK baş nazirini qorumaq üçün Finlandiyanın Sensofusion Airfence havadan müdafiə sisteminə üstünlük verib.

Haaretsin yazdığına görə yeni alınan bu sistem münasib və tez bir zamanda hücum edə biləcək dronu təyin etmək, onun kontrolunu ələ keçirib, elektron vasitələrlə yönləndirmək qabiliyyətinə malikdir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir