Sabahın “Fələstin Bayrağı Günü” adlandırılması üçün çağırış

QafqazTimes xəbər verir ki, Sionist rejim bütün xəbərdarlıqlara baxmayaraq, sabah (bazar günü) işğal olunmuş Qüdsdə “Bayraq” adlı yürüş keçirmək niyyətindədir.

Bununla əlaqədar Qüdsdəki “Gənclər Xalq Hərəkatı” bu günü “Fələstin Bayraq Günü” adlandırılması üçün çağırış edib.

“Əl-Ərəbi Əl-Cədid” saytının məlumatına görə, hərəkat bayraq yürüşünün qarşısını almaq üçün Qüdsdəki hər ev, meydan və küçədə Bab əl-Amuda qədər Fələstin bayrağının ucaldılmasını istəyib.

Hərəkat bəyan edib ki, işğalçı rejim “Qüds qılıncı” döyüşündən və Qüds əhalisinin və Məscidül-Əqsa mühafizəçilərinin rəşadətli müqavimətindən sonra saatın əqrəblərinin geri çəkilməyəcəyini bilməlidir.

Bu gənclər hərəkatı işğal altındakı ərazilərdə, xüsusilə 1948-ci ərazilərində yaşayan fələstinliləri sabah səhər saatlarında Məscidül-Əqsaya gələrək işğalçıların hücumlarına qarşı vahid cəbhə yaratmağa çağırıb.

Hərəkat silahlı müqavimətlə əl-ələ verən xalqın iradəsinin qələbəni və azadlığı nəsib edəcəyini vurğulayıb.

HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadalarının Qəzza Briqadasının komandiri İzzəddin əl-Həddad bu yaxınlarda Təl-Əvivə xəbərdarlıq edərək bildirmişdir ki, qarşıdakı döyüşdə işğalçı rejim əl-Qəssam raketlərinin dəqiqliyi, intensivliyi və effektivliyi ilə təəccüblənəcəkdir.

Related posts

Franklin: Yəhudilər…

Sionist rejim: Robio İsrailin sevimli dostudur

Yəhudilər…