Sabah Aliməqam Rəhbərin imaməti ilə cümə namazı qılınacaq

Sabah Aliməqam Rəhbərin imaməti ilə cümə namazı qılınacaq

Cümə Namazı Şurasının sözçüsü sabah Tehranın cümə namazının Aliməqam Rəhbərin imaməti ilə qılınacağından xəbər verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, höccətül islam Əli Nuri bu gün (3 oktyabr) deyib: Sabahkı cümə namazı müqavimət şəhidi Seyid Həsən Nəsrullahın anım münasibətilə Ayətullah Xamenei həzrətlərinin iştirakı ilə qılınacaq.

Əli Nuri əlavə edib: Tehran Müsəllası sabah səhər 5:30-dan Fitr namazı kimi möminlərin üzünə açıq olacaq.

Cümə Namazı Şurasının sözçüsü həmçinin sabahkı cümə namazının çox möhtəşəm keçiriləcəyindən, möminlərin gediş-gəlişi üçün bütün imkanların hazır olduğunu, yüksək səviyyəli təhlükəsizlik tədbirlərinin icrasından xəbər verib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır