Səudiyyə rejiminin internet “azadlığ”ı

Səudiyyə rejimində “Mənəvi malikiyyət” (müəlliflik hüququ) bəhanəsi ilə internet portallarına məhdudiyyətlər tətbiq edilir.

Əl-Aləm telekanalının məlumatına əsasən, Səudiyyə rejimi bu ilin əvvəlindən 317 saytı bağlayıb və 4365 postu isə müəlliflik hüququ bəhanəsi ilə saytlardan sildirib.

Freedom House 70 ölkə arasında Səudiyyə Ərəbistanını ən pis internet azadlığı olan 5 ölkə siyahısına daxil edib.

Freedom House elan edib: Səudiyyə Ərəbistanı internet məkanında daha çox senzurası olan, siyasi, sosial və dini məsələlərdə qadağaları olan bir ölkədir. Bu ölkədə bəzi blogerlər həbs edilir, fiziki hücuma məruz qalır və yaxud öldürülürlər.

Freedom House həmçinin yazır: Səudiyyə dövlət muzdurları sosial media və onlayn danışıqları belə izləyir, xoşa gəlməyən məsələlər müşahidə etdikdə bir üsulla səsləri boğurlar.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib