Səudiyyə müxalifi: Məhəmməd bin Salman növbəti Səddam Hüseyndir

Qafqaztimes xəbər verir ki, Səudiyyə Ərəbistanının müxaliflərindən olan Ömər Əbdül Əziz vəliəhd Məhəmməd bin Salmanın vəzifəsindən kənarlaşdırılmasının vacibliyini vurğulayıb.
Əbdül Əziz, Bin Salman işinə davam edərsə, bölgədə yeni bir Səddam Hüseynin şahidi olacağıq, deyib.
“Əl-Xəlic Əl-Cədid” xəbər saytının yazdığına görə Səudiyyə müxalifətçisi belə deyib:”Ali-Səud ailəsində alternativlərimiz var. Baxmayaraq ki, mənim onlardan xoşum gəlmir, amma bəzilərinin sərbəst buraxılması Məhəmməd bin Salmana təzyiq göstərə bilər.”
“Biz Səudiyyə Ərəbistanında sərbəst danışmaq haqqına malik olmaq istəyirik. Biz Bin Salmanın islahatlarına qarşı deyilik … lakin islahatlar insanları qətlə yetirmədən və minlərlə insanı həbs etmədən də edilə bilər”, deyə Əbdül Əziz bildirib.
O, həmçinin qeyd edib: “Daha çox səy göstərməliyik. Məhəmməd bin Salman şəxsən sanksiya olunmalıdır. Deyəsən o, keçmişdən dərs almayıb.”
Səudiyyə müxalifi belə əlavə edib: “Bin Salman təkcə Səudiyyə Ərəbistanı üçün deyil, bütün bölgə üçün bir təhlükədir.”

Related posts

Əraqçı: Nüvə silahı yaratmaq imkanımız var, lakin bunu etmək niyyətində deyilik

HƏMAS: Biz bütün məhbusları azad edəcəyik – video

Amerikalı və Yəmənli ekspertlər arasında debat