Səudiyyə mediaları: ABŞ İsrail cinayətlərinə dəstəyi ilə regionu təhlükəyə sürükləyir

Səudiyyə Ərəbistanının “Okaz” qəzeti Amerikanın Qəzzədə atəşkəs tələb edən BMT qətnaməsinə veto qoyması ilə bütün regionu təhlükə altına saldığını yazıb..

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, “Okaz” yazıb: Dünya Qəzzə zolağında ən byük soyqırımı və bölgənin ən müdafiəsiz xalqına qarşı ən ağır müharibənin sona çatması üçün ümid işığı gözlədiyi bir zamanda Amerika Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək bu ümidi məhv etdi. Bəşər övladının vicdanı Amerikanın bu mövqeyini dərk etməkdə acizdir. Görəsən ABŞ nəyin ardıncadır və İsrail üçün necə bir qələbə düşünür. Görəsən Amerika əksəriyyəti qadınlar və uşaqlar olan minlərlə günhasız insanın soyqırımı və 1 milyon yarımdan çox insanın avara qlmasından sonra bu müharibəni dayandırmaq istəmirmi?

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib