Səudiyyə koalisiyasının Səda əyalətinə yeni hava hücumu nəticəsində ölənlər var

QafqazTimes xəbər verir ki, Yəmənin xəbər mənbələri Səudiyyə-BƏƏ koalisiyasının bu ölkənin şimalındakı Səda əyalətinə yenidən hücum etdiyini bildirib. Koalisiya qüvvələrinin artilleriyası əyalətdəki iki məntəqəni bombalayıb.

Əl-Məsirə xəbər telekanalı Səudiyyə artilleriyasının sərhəddə yerləşən Münəbbih şəhərinin Əl-Şeyx bölgəsini bombalaması zamanı iki yəmənli mülki şəxsin həlak olduğunu bildirib. Bu arada işğalçı koalisiya qüvvələrinin artilleriyasının bombardmanları nəticəsində sərhəddəki Şədda şəhəri ətrafında daha bir mülki şəxs də şəhid olub.

Bu yaxınlarda Əl-Hudeydə əyalətinin Əl-Tahitə bölgəsində minaatanlardan edilən hücumları və Səudiyyə koalisiyasının yaraqlılarının İsveç razılaşmasını pozması nəticəsində bir uşaq şəhid və daha üç nəfər isə yaralanmışdır. Bundan əlavə Səda əyalətinin Münəbbih sərhəddindəki Əl-Raqo bölgəsində Səudiyyə artilleriyasının atəşi nəticəsində 3 nəfər şəhid olmuş və 4-ü isə yaralanmışdır.

Bir təhlükəsizlik mənbəsi bildirib ki, Səudiyyə koalisiyasının yaraqlıları son 24 saat ərzində Əl-Hudeydədə 75 dəfə 2018-ci ildə imzalanan İsveç atəşkəs razılaşmasını pozmuşlar.

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?