Səudiyyə koalisiyası təcavüzkarlığı davam edir

Səədə əyaləti Şəda şəhər sərhəd bölgəsində Səudiyyə koalisiyasının təcavüzkarcasına hücumunda 3 nəfər şəhid olub.

Əl-Aləm telekanalının məlumatına əsasən, Sədudiyyə Ərəbisanı ordusu bu gün (1 mart) sərhəd bölgəsi olan Şəda şəhərinə hücum edərək 3 yəmənlini şəhid ediblər. Bu əməliyyatda 1 yəmənli də ağır yara xəsarəti alaraq Razih Əl-Rəyfi xəstəxanasına köçürülüb.

Məlumata görə Səudiyyə koalisiya qırıcı dəstələri Yəmənlə sərhəd  Səədə əyaləti Razih şəhərinin Əl-Hiclə məntəqəsini bombardman ediblər.

Ötən gün də koalisiya qüvvələri Mənbəh şəhərinin Əl-Ruqu məntəqəsi bazarına hücumlarda 1 yəmənli şəhid və 5 nəfər isə yaralanmışdı.

Bu hücumlara baxmayaraq, Səudiyyə koalisiyası Yəmənin dəniz və hava blokadasını davam etdirir, Qırmızı dənizdə neftdaşıyan gəmiləri qarət edir.
Bu hallar, BMT-nin Yəməndəki nümayəndəsinin Səudiyyə koalisiyasına öz öhdəliklərini yerinə yetirmək üçün çoxsaylı tələbləri ilə yanaşı, koalisiyanın təkcə atəşkəs razılaşmasına deyil, həm də heç bir beynəlxalq, hətta humanitar qanunlara əməl etmədiyini göstərir və bu məsələ qlobal media tərəfindən qəsdən senzuraya məruz qalır.

Related posts

Rəhbər: Bəsic…

ABŞ dünyaya qarşı!

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur