Səudiyyə Ərəbistanından Qəzzaya humanitar yardımın əngəllənməsinə sərt cavab

Səudiyyə Ərəbistanından Qəzzaya humanitar yardımın əngəllənməsinə sərt cavab

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Ər-Riyadın Netanyahu hökumətinin Qəzza keçidlərini bağlamaq qərarını pislədiyini bildirib.

Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu gün (3 mart) yayımlanan bəyanatda deyilir: Səudiyyə Ərəbistanı İsrail Nazirlər Kabinetinin Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmaq və ondan şantaj və kollektiv cəza vasitəsi kimi istifadə etmək qərarını pisləyir. Səudiyyə Ərəbistanı bir daha beynəlxalq ictimaiyyəti İsrailin təhlükəli təcavüzünü dayandırmaq, beynəlxalq sanksiyalar mexanizmlərini işə salmaq və humanitar yardımlara davamlı çıxışı təmin etmək üçün hərəkətə keçməyə çağırır.

Fələstin İslami Cihad Hərəkatı daha əvvəl bildirmişdi ki, Qəzzaya keçidlərin bağlanması və yardımların dayandırılması ona siyasi örtük və silahlar verən Donald Tramp administrasiyasının dəstəyi ilə həyata keçirilib.

İslami Cihad bəyan edib ki, bu qərar təkcə atəşkəs razılaşmasının pozulması və Qəzzada insan haqlarının pozulması deyil, həm də Qəzza zolağına qarşı təcavüzün yeni mərhələsinin başlanğıcıdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib