Səudiyyə Ərəbistanı: Fələstin dövlətinin yaradılması ilə bağlı mövqeyimiz sabitdir

Səudiyyə Ərəbistanı: Fələstin dövlətinin yaradılması ilə bağlı mövqeyimiz sabitdir

 Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Fələstin dövlətinin yaradılmasına dəstək mövqeyinin qəti və dəyişməz olduğunu vurğulayıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanı XİN-in açıqlamasında Trampın Qəzza xalqının köçürülməsi ilə bağlı sözlərinə cavab verib və ölkənin Fələstin dövlətinin qurulması istiqamətində səyləri davam etdiriləcəyi vurğulanır.

Məlumata görə, Ərəbistan Fələstin xalqının hüquqlarının müdafiəsi, sionist yaşayış məntəqələrinin genişləndirilməsi, torpaqların ilhaqı və ya fələstinliləri öz yurdlarından didərgin salmaq cəhdləri daxil olmaqla, istənilən hərəkətləri pisləyir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib