Səudiyyə Ərəbistanındakı ABŞ konsulluğu önündə atışma: Ölənlər var

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri çərşənbə günü Ciddədəki ABŞ konsulluğu qarşısında odlu silaha malik bir nəfəri öldürüb.

Bu barədə Məkkə dairə polisinin sözçüsü məlumat yayıb.

Onun sözlərinə görə, çərşənbə günü Ciddə əyalətindəki Amerika konsulluğunun binası qarşısında avtomobil dayanıb və oradan əlində odlu silah olan şəxs çıxıb. Təhlükəsizlik qüvvələri vəziyyətə uyğun hərəkət edərək onu aradan götürmək qərarına gəlib. Atışma zamanı o, öldürülüb.

Hücum nəticəsində əslən Nepaldan olan diplomatik missiyanın mühafizəçilərindən biri aldığı xəsarətlərdən ölüb. Hazırda krallığın hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırırlar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi