Səudiyyə Ərəbistanında din xadimlərinə qarşı yeni repressiya

QafqazTimes xəbər verir ki, “Əl-Nəbə” xəbər telekanalının məlumatına görə Səudiyyə Ərəbistanının məhkəməsi bu ölkənin şərqindəki Əl-Dimam şəhərinin sakini olan Şeyx Əbdül Lətif əl-Nasir adlı ruhanini 8 il həbs cəzasına məhkum edib.

Şeyx Əl-Nasir 2019-cu ilin iyun ayında Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasındakı Məlik Fəhd körpüsündə ailəsi ilə birlikdə səfərə gedərkən həbs edilib.

Bundan əlavə, dərc edilən xəbərlər göstərir ki, Səudiyyə təhlükəsizlik qüvvələri bu həftə Səudiyyə Ərəbistanının digər şiə din xadimi Şeyx Kazim Əl-Əmrini də həbs ediblər.

Əl-Nəbənin məlumatına görə, əl-Əmri Mədinənin görkəmli simalarından olan Şeyx Məhəmməd əl-Əmrinin oğludur.

Səudiyyə Ərəbistanı xüsusilə ölkənin şərq bölgəsində siyasi motivli həbsləri, siyasi yazarlara və hüquq fəallarına qarşı ittiham və mühakimələri gücləndirib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib