Səudiyyə Ərəbistanı Təl-Əvivlə birgə hərbi təlimdə iştirak edib

QafqazTimes xəbər verir ki, Səudiyyə Ərəbistanının İsrail rejiminin Fars körfəzindəki donanması ilə birlikdə ABŞ-ın rəhbərlik etdiyi dəniz təlimlərinə qatılması twitter istifadəçilərinin reaksiyasına səbəb olub.

Arabi 21 saytı yazıb: “Sionist rejimi və Səudiyyə Ərəbistanı ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı altında keçirilən Bəhreyn dəniz qüvvələri təliminin 60 iştirakçısı arasındadır.”

İsrail ordusu 60 ölkədən və beynəlxalq təşkilatlardan 9 min əsgər və 50 gəminin iştirak etdiyi ABŞ Mərkəzi Komandanlığının keçirdiyi Bəhreyn Dəniz Qüvvələri təlimində iştirak etdiyini açıqlayıb.

İsrail ordusunun sözçüsü Avixay Adrei bir açıqlamada bildirib: “IMX/CE202 təlimində altmış ölkə iştirak edir. İsrail donanması isə ilk dəfədir ki, bu təlimdə iştirak edir.”

O, həmçinin deyib: “İsrail donanması ABŞ-ın Qırmızı dənizdəki Beşinci Donanması ilə regional səviyyədə həmkarlıq etmək üçün təlim keçəcək.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur