İnformasiya qaynaqları Səudiyyə Ərəbistanının Qəzzənin gələcəyini həll edəcək çoxtərəfli müzakirələrə evsahibliyi edəcəyi barədə məlumatlar yayımlayıb.
İRNA-nın Blombergə istinadən verdiyi məlumatına əsasən, bu iclas gələn həftəyə planlaşdırılıb.
Deyilənlərə görə bu iclasda ABŞ Dövlət Departamentinin başçısı, İngiltərə, Avropa İttifaqı, İordaniya, Misir, Fələstin Özünüiadər Təşkilatı və Qətərin xarici işlər nazirləri iştirak edəcək.
Xatırladaq ki, son zamanlar Həmasla sionist rejim arasında atəşkəslə bağlı müzakirələr dalana dirənib və razılaşma istiqamətində bütün tərəflər vasitəsilə irəli sürülən təkliflər nəticə verməyib.
Məlumatlı mənbələr yüz minə yaxın şəhid, yaralı və itkin törətmiş Qəzzəyə qarşı qanlı müharibədən 200 gündən çox bir müddət keçəndən sonra Həmasın sionist rejimlə müzakirələrdə yeni bir dönüş etdiyini bildiriblər.