Səudiyyə Ərəbistanı Newcastle-i almaqla cinayətlərini gizlətməyə çalışır

Qafqaztimes xəbər verir ki, Bloomberg veb saytı Səudiyyə Ərəbistanının Streisand effektinə düçar olduğunu yazır. Streisand effekti, təməl olaraq bir internet fenomenidir. Bu bir şəxsin və ya təşkilatın şəxsi məlumatlarını gizli saxlamağa çalışmaqla daha çox diqqət mərkəzində olmağa, ictimaiyyət tərəfindən daha çox görülməyə nail olması və medianın diqqətini cəlb etməsi deməkdir.

Səudiyyə Ərəbistanı da məhz bu fenomendən təsirlənmiş kimi görünür. Səudiyyə Ərəbistanı, Newcastle futbol komandasını almaqla qaranlıq siyasi fonunu silməyə çalışır. Amma bu komandanı almaq baş verənlərin tam əksi oldu. Səudiyyə rəsmiləri, İngilis klubunun alınmasını rejimin insanlıqdan kənar hərəkətlərini gizlətmək üçün maska ​​olaraq görürdülər, amma vəziyyət əksinə oldu.

Bloomberg yazır: “Newcastle’ın yeni Səudiyyə mülkiyyətində ilk matçı başlamazdan əvvəl, komandanın azarkeşləri, Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyində vəhşicəsinə öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının posterini yapışdırmaqla bir daha Səudiyyə Ərəbistanının qeyri-insani hərəkətlərini dünyaya xatırlatdılar. Səudiyyə Ərəbistanının Streisand effektinin qurbanı olduğunu söylədiyimiz yer məhz budur.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib