Səudiyyə Ərəbistanı Hizbullahla əməkdaşlığa hazırlaşır

Əl Əxbar qəzeti rəsmi Riyazın üçüncü bir tərəfin vasitəçiliyi ilə Livan Hizbullahı ilə əməkdaşlığa hazırlaşdığından xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İran XİN başçısı H.Əmir Abdullahianın Livana səfəri və Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahla görüşünü analiz edən Əl Əxbar qəzeti Səudiyya Ərəbistanı ilə əməkdaşlıq məsələsinin də müzakirə mövzusu olduğundan xəbər verib.

Qəzetin vurğuladığı məsələlərdən bir də onların görüşündə çox gizli məsələlər müzakirə edilsə də, İranın Riyazla normallaşan münasibətlərinin də Hizbullahla əməkdaşlığa yolların açılması da qaçılmaz mövzulardan olub.

Qeyd edək ki, uzun illərdir Səudiyyə Ərəbistanı Fars körfəzində tərəfdaşları olan ölkələrlə birlikdə Livan Hizbullahını Ərəb Dövlətləri Liqasının və Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının qara siyahısına salaraq hətta Hizbullahı dəstəkləyən hər bir media ilə əlaqələrini kəsmişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib