Sərnişinlər dəhşət yaşadı: Qatarın getdiyi yolu dəniz yudu (Video izlə)

Rusiyada Moskva-Adler qatarının sərnişinləri dəhşətli kadrlar qeydə alıblar. Belə ki, qatar dənizin dağıtdığı yolla hərəkət edib.

Videodan görünür ki, bəzi yerlərdə relslər tamamilə dağılıb, bəzi yerlərdə isə şpallar yuyulmuş yerin üstündə havada asılı qalıb.

Xatırldaq ki, Rusiyada hazırda əlverişsiz hava hökm sürür, Krasnodar diyarının Soçi şəhəri isə daşqınlara məruz qalıb. Məlumata görə, hündürlüyü dörd metrə çatan dalğalar sahili aşaraq çoxmərtəbəli yaşayış binalarının olduğu ərazilərə dolub. Üstəlik, meteoroloqlar fırtınanın pik nöqtəsinin hələ qarşıda olduğunu bildiriblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi