Sərnişinlərə qeyri-etik pul təklifi: “Balansınıza 20 AZN köçürüləcək”- FOTO

Paytaxtda sərnişin avtobuslarından birində yerləşdirilən elan sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. 

Belə ki, sosial şəbəkələrdə yayılan fotoda sürücünün sərnişinlərdən nağd ödəniş almasına dair faktları “aşkarlamaq” məqsədilə yerləşdirilən elanda qeyd edilib:

“Sərnişinlərin nəzərinə! Avtobusda kartdan istifadə etməyən sərnişinlərdən nağd pul alan zaman sürücünün videogörüntüsünü kim çəkib atarsa, balansına 20 AZN köçürüləcək”. 

Elanın sonunda isə əlaqə nömrəsi də yazılıb. Məsələ ictimailəşdirildikdən sonra bir qrup şəxs bu elanı birmənalı qarşılamayıb və bu, kəskin müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, elanın “Vətən” firmasının müvəqqəti istismarında olan 26 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda olduğu müəyyən edilib:

“Avtobusun salonunda bu cür elanların yerləşdirilməsi doğru deyil. Daşıyıcı firmanın məsul şəxsi Kənan Usubovla əlaqə saxlanılaraq bununla bağlı irad bildirilib və dərhal yığışdırılması tapşırılıb. Eyni zamanda bir daha bildirmək istərdik ki, nağdsız ödəniş sisteminə inteqrasiya olunan avtobuslarda gediş haqqının nağd formada ödənilməsi qadağandır. Bu məsələdə sərnişinlər də diqqətli olmalı və gediş haqqının ödənişini “BakıKart”la etməlidirlər”.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri