Sərnişin təyyarənin qapısını açıb tullanmağa çalışdı: “Məni öldürmək istəyirlər” (Video izlə)

ABŞ-da uçuş zamanı təyyarənin təcili çıxış qapısını açmağa cəhd edən və bələdçiyə hücum çəkən sərnişin saxlanılıb.

Los-Anceles – Boston reysi ilə uçan təyyarədə təcili çıxış qapılarından birinin açılmasına cəhd edildiyi barədə həyəcan siqnalı işə düşüb. Bələdçilərdən biri 33 yaşlı Fransisko Severo Torres adlı sərnişini qapının yanında gördüyünü deyib.

Onun sözlərinə görə, Torres qapıya müdaxilə etməyə çalışıb. Bu zaman Torres oturduğu yerdən qalxaraq əlindəki sınıq metal qaşıqla kabin əməkdaşına hücum edib və onu boynundan yaralamağa çalışıb. Sərnişinlərin köməkliyi ilə Fransisko Severo Torres bələdçilər tərəfindən zərərsizləşdirilib.

Təyyarə Bostonun Loqan hava limanına təhlükəsiz eniş etdikdən sonra o, nəzarətə götürülüb.

Torres ifadəsində metal qaşığı təyyarənin ayaqyolunda sındırdığını etiraf edib. Həmçinin qeyd edib ki, bələdçilərdən biri onu öldürməyə çalışır, buna görə də təyyarədən tullanmaq istəyib. “Uçuş heyətinə müdaxilə etmək və təhlükəli silahlardan istifadə etmək” ittihamı irəli sürülən Torres martın 9-da məhkəmə qarşısına çıxacaq. Onun günahı sübuta yetirilərsə, ömürlük həbs cəzası ala biləcəyi qeyd edilir.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)