Sərnişiin sürücünü vurması faciəyə səbəb oldu: Ölənlər və yaralananlar var – FOTO/VİDEO

Qazaxıstanın Almatı şəhərində avtobus piyadaları vurub.

Məlumata görə, sərnişinlərdən biri avtobus sürücüsü ilə mübahisə etməyə başlayıb və onu vurub.

Qadın sürücü huşunu itirib və bu zaman idarəetmədən çıxan avtobus dayanacaq yaxınlığındakı insanları dəyib və digər avtomobillərlə toqquşub.

Hadisə nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb. Yaralılardan dördü xəstəxanaya yerləşdirilib. Yaralılarda qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sol bud nahiyəsinin sınığı, sol ayağın sümüklərinin sınığı kimi zədələr aşkarlanıb.

Almatı polis idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, avtobus sürücüsünü vuran şəxs saxlanılıb və polis idarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Faktla bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin “Xuliqanlıq” və “Nəqliyyatın təhlükəsiz hərəkətini təmin edən qaydaları pozma, iki və ya daha çox şəxsin ölümünə səbəb olma” maddələri ilə ibtidai istintaq aparılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi