QafqazTimes xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri briqada generalı Ramazan Şərifin məlumatına görə SEPAH-ın baş komandanı General-mayor Hüseyn Salaminin əmri ilə Məhəmməd Kazimi SEPAH-ın Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib.
O, əlavə edib: İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Höccətül-islam Hüseyn Taib isə general-mayor Hüseyn Salaminin əmri ilə SEPAH baş komandanının müşaviri təyin edilib.
Sərdar Şərif həmçinin xatırladıb: İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat Xidmətinin yeni rəhbəri uzun illərdir ki, Sepah-ın Kəşfiyyat-Mühafizə İdarəsinin rəhbəri vəzifəsində çalışıb və təhlükəsizlik və kəşfiyyat məsələlərində böyük təcrübəyə malikdir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü həmçinin qeyd edib: Höccətül-İslam vəl-Müslimin Taib, SEPAH-ın kəşfiyyat xidməti və sosial-mədəni işlər üzrə müavin vəzifəsində uzun illər səmərəli və dəyərli rol oynamaqla yanaşı, Bəsic Təşkilatının rəhbəri kimi də fəaliyyət göstərmişdir.