Sərdar Hüseyn Salami Rusiya telekanalına müsahibəsində: “Artıq “vurub qaçmaq” dövrü bitdi

Qafqztimes xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı General Hüseyn Salami Russia Today-ə verdiyi müsahibəsində Fələstinin gücünün artırılmasının vacibliyini vurğulayıb.

Məlumata görə, Sərdar Salami deyib: “İsraillilər artıq “vurub qaçmaq” dövrünün bitdiyini və bu gün fələstinlilərin gücə sahib olduğunu bilməlidirlər.”

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı sözlərinə davam edib: “Artıq yeni bir Fələstin quruldu. Son müharibə, Sionist rejimin proqnozlarının əksinə olaraq güclü bir Fələstin ortaya qoydu. Fələstinlilər gündən-günə güclənəcəkdir. İsraillilər bilməlidirlər ki, daha böyük gücə sahib olan bir düşmənlə birgə yaşaya bilməyəcəklər.”

Sərdar Salami Fələstinin sionist rejimə qarşı son müqavimətindən sonra belə demişdir: “Bu, fələstinli qrupların işğal altındakı şəhərləri atəşə tutaraq, Tel-Əvivə yeni ciddi problemlər yaşatdığı və rejimin atəşkəs elan etməyə məcbur olduğu bir müharibədir.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır