Səna: Səudiyyə koalisiyası öz milli maraqlarını İngiltərə və Amerikanın maraqlarından üstün tutmalıdır

QafqazTimes xəbər verir ki, Ənsarullahın sözçüsü və Yəmənin Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüssalam bu cümə axşamı atəşkəsin təcavüzkar koalisiya ölkələrinin Yəmən xalqının humanitar tələbləri və normal hüquqlarına qarşı inadkarlığı səbəbindən uzadılmadığını bildirib.

Əl-Məsirə xəbər kanalı Əbdüssalama istinadən xəbər verir ki, Səna beynəlxalq hava limanı və Əl-Cədidə limanının yenidən açılması və bütün işçilərin maaşlarının ödənilməsi üçün Yəmənin neft resurslarından istifadə etməsi bu ölkə xalqının haqlarındandır.

O, həmçinin vurğulayıb ki, təcavüzkar koalisiya zorakılıq zehniyyətinə son qoysa və öz milli maraqlarını ABŞ və İngiltərənin maraqlarından üstün tutsa, Yəməndə sülhün bərqərar olması qeyri-mümkün deyil. Davamlı təcavüz və blokadadan faydalanan Amerika və İngilislər.

Qeyd edək ki, BMT-nin bu ölkə üzrə xüsusi nümayəndəsinin vasitəçiliyi ilə Yəməndə iki aylıq atəşkəs iki dəfə- oktyabrın 2-nə qədər uzadıldıqdan sonra başa çatmış və daha uzadılmamışdır.

Atəşkəsin uzadılmamasından sonra Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri Tvitter hesabında yazdığı bir tvitdə BƏƏ və Səudiyyə Ərəbistanındakı bütün neft şirkətlərinə bu ölkələri sürətlə tərk etmələri barədə xəbərdarlıq edib.

O, qeyd edib ki, bu xəbərdarlıq ABŞ-Səudiyyə təcavüzkar ölkələri Yəmən xalqına öz neft sərvətlərindən Yəmən dövlət işçilərinin maaşlarını ödəmək üçün istifadə etmək hüququ verən bir atəşkəsə əməl edənə qədər davam edəcək.

Qeyd edək ki, atəşkəs dövründə Milli Qurtuluş Hökuməti onu heç vaxt pozmayıb, lakin Səudiyyə koalisiyası dəfələrlə Yəmən vətəndaşlarını hədəf alıb. Səna hesab edir ki, bu koalisiya atəşkəsi rəsmi şəkildə uzatmaqla öhdəliklərini yerinə yetirmədən Yəməndəki hücumlardan qorunmağa çalışır.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))