Səna: Səudiyyə koalisiyası cənub və şərq cəbhələrində gücləndirilməkdədir

Yəmən Milli Xilas dövlətinin hərbi təhlükəsizlik təşkilatının sədri BMT hərbi müşaviri ilə görüşündə Səudiyyə koalisiyasının yeni planlarından danışıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Abdullah Yəhya Əl Hakim Antoni Hayvardla görüşündə ən pis ehtimallara belə hazır olduqlarını qeyd edərək deyib: Səudiyyə koalisiyası atəşkəs rejimindən sui-istifadə edərək Yəmənin cənub və şərq bölkələrindəki potensiallarını gücləndirməklə məşğuldurlar.

Əl Hakim həmçinin deyib: Yəmən dövlət başçıları adilcəsinə və şərafətlə öz torpaqlarını qorumaq, izzətli və kəramətli bir ölkə qurmaq ardıncadır.

Yəmən rəsmisi habelə vurğulayıb: Səudiyyə koalisiyasının gizlin planları sülhün praktiki surətdə icrasına manedir. Onlar  siyasi, diplomatik, mühasirə və yeni mövqeləri baxımından nəzarət altındadırlar.

Related posts

Netanyahu 4-cü dəfə məhkəməyə getdi

Amstredam Fələstinə dəstəklərini davam etdirir

Ərdoğan İstanbulda İraqın Baş naziri ilə terrorizmlə mübarizə məsələsini müzakirə edib