Şəmxani: ABŞ İranın nüvə silahı olmadığını etiraf etdi

Şəmxani: ABŞ İranın nüvə silahı olmadığını etiraf etdi

İslam İnqilabı Aliməqam Rəhbərinin siyasi məsələlər üzrə müşaviri ABŞ-ın İranın nüvə silahı olmadığını etiraf etdiyini deyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əli Şəmxani bu gün (8 may) X sosial media hesabında yazıb: Nəhayət, Vaşinqton Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və kəşfiyyat xidmətinin dəyərləndirmələrini qəbul etməklə İranın nüvə silahı olmadığını etiraf etdi. 

Əli Şəmxani əlavə edib: Sanksiyaların tam ləğvi və İranın uranı sənaye sahəsində istifadə üçün zənginləşdirmə hüququna dair razılaşmanı daha əlverişli edə bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gün  İranın uran zənginləşdirməsi barədə hələ bir qərara gəlmədiklərini deyip.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır