Səmada uçan naməlum obyekt göründü: Sakinləri heyrətə gətirdi – VİDEO

Rusiyanın bir sıra bölgələrinin sakinləri sosial şəbəkələrdə səmada görünən qeyri-adi parlaq obyektin şəkillərini paylaşıblar.

Bu hadisə təkcə Rusiyada deyil, həmçinin Belarus və Ukraynada da müşahidə edilib.

Kadrlarda ulduzlardan bir neçə dəfə böyük olan işıq ləkəsi görünür. Obyektin ətrafında parlaq dairələr yayılır.

Fenomenin təbiəti haqqında müxtəlif fikirlər səsləndirilib. Bəziləri bunun uçan naməlum obyekt (UNO), digərləri isə əvvəlki gün buraxılan “Ariane 6” daşıyıcı raketi ola biləcəyini ehtimal ediblər.

Qeyd edək ki, iyulun 9-da Fransız Qvianasındakı Kuru kosmodromundan Avropa daşıyıcı raketi “Ariane 6″nın buraxılışı həyata keçirilib. Bu, Avropa aparatının birillik fasilədən sonra ilk buraxılışı idi. Hündürlüyü 56 metr olan “Ariane 6” Bakı vaxtı ilə təxminən saat 23-də start meydançasını tərk edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi