Səmada alışan təyyarə Yeni Zelandiyada təcili eniş etdi – VİDEO

Yeni Zelandiyadan Avstraliyaya uçan “Virgin Australia” təyyarəsi Kvinstaunda məcburi eniş edib.

Məlumata görə, havaya qalxdıqdan dərhal sonra problem yaranıb, təyyarə İnverkargill hava limanına yönləndirilib və orada təhlükəsiz eniş edib.

Kvinstaun sakinləri səmada “Boeing-737″nin yandığını gördüklərini və güclü səs-küy eşitdiklərini bildiriblər.

Aviaşirkət təyyarənin quşla toqquşduğunu ehtimal edir. Qeyd olunur ki, quşla toqquşandan sonra mühərriklərdən biri sıradan çıxıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi