Şəklin ayrı-ayrı fraqmentlərini canlandırmağa imkan verən funksiya ixtira olunub (Video izlə)

“Gen-2” neyroşəbəkəsinin tərtibatçısı şəklin müəyyən hissələrini canlandırmaq imkanı verən funksiyanı anons edib.

“Runway” startapı bu barədə öz “X” səhifəsində məlumat verib və həmçinin neyroşəbəkənin iş prinsipini nümayiş etdirib.

Funksiya “Motion Brush” adlanır. Nümayiş videosunda alətin yaradıcıları əvvəlcə hərəkətsiz bir şəkildə dənizdə qayığın üzməsini, göydə buludların hərəkət etməsini, siqaretin tüstülənməsini və insanın gəzməsini simulyasiya ediblər .

“Runway” bu funksiyanın nə vaxt ictimaiyyətə açıq olacağını açıqlamayıb. Bu funksiyadan yalnız “Gen-2” layihəsinin istifadəçiləri yararlana biləcəklər.

“Gen-2” 2023-cü ilin martında meydana çıxıb. Neyroşəbəkə mətn təsvirləri əsasında videolar yarada bilir. Tərtibatçıların dediyinə görə, texnologiya təkcə mətn əsasında işləmir, o, həm də şəkil və ya videonu “valehedici film fraqmenti”nə çevirə bilir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi