Səkkiz fələstinli sionist hərbiçiləri tərəfindən saxlanılıb

QafqazTimes xəbər verir ki, “Wafa” xəbər agentliyinin məlumatına görə, sionist hərbçilərin işğal olunmuş ərazilərdə Fələstin vətəndaşlarına qarşı düşmənçilik siyasəti davam edir. Sionist hərbçilər növbəti dəfə İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum ediblər.

Məlumata görə, İordan çayının qərb sahilində sionist hərbçilərin genişmiqyaslı hücumundan sonra onlarla Fələstin vətəndaşları arasında şiddətli toqquşmalar baş verib. Şahidlər səkkiz fələstinlinin sionistlər tərəfindən saxlanıldığını bildiriblər.

Bundan əvvəl Fələstin müqavimət qrupları sionist rejimin İordan çayının qərb sahilindəki son cinayətlərinə reaksiya vermişdilər. Fələstin müqavimət qrupları bildirmişlər ki, “hərtərəfli müqavimət” sionist düşmənə qarşı yeganə müdafiə variantdır.

Qruplar əlavə ediblər: “Biz inanırıq ki, silahlı müqavimət sionist rejimin işğal olunmuş ərazilərdə Fələstin vətəndaşlarına qarşı cinayətləri davam etdirməsinin qarşısını alacaq yeganə variantdır. Biz bu variantdan heç vaxt imtina etməyəcəyik.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur