Səhrada göllər və çaylar peyda oldu: Kosmosdan görüntüləndi – FOTO

Aralıq dənizi qasırğası – “Daniel” Liviyada daşqınlar səbəbindən genişmiqyaslı dağıntılara və minlərlə insanın ölümünə səbəb olub. Yer kürəsini müşahidə edən “Sentinel-2” peyki təbii fəlakətin miqyasını qeydə alıb.

Kadrlardan aydın olur ki, səhrada göllər və çay sistemləri yaranıb.

“Daniel” qasırğasının nəticələrinin görüntüləri, həmçinin ABŞ Milli Okean və Atmosfer Administrasiyasının peykləri tərəfindən çəkilib. Gecə çəkilən bu görüntülər qasırğanın gəlişindən sonra elektrik enerjisinin kəsilməsinin miqyasını göstərir. Bir çox ərazilərin işıqsız qaldığını görmək olar.

Amerikanın “Planet Labs” şirkətinin peykləri Derna şəhərində qasırğadan sonrakı dağıntıların ətraflı görüntülərini çəkib.

Elm adamları, həmçinin “Sentinel-3” və “Meteosat 11” peykləri tərəfindən çəkilmiş görüntüləri əldə ediblər. Kadrlarda “Daniel” qasırğasının Sahara səhrası üzərində tüğyan etməsi əks olunub.

Son məlumatlara görə, Liviyada fəlakət qurbanlarının sayı səkkiz mini keçib. Bundan başqa 20 minə yaxın adamın itkin düşdüyü bildirilir.

Related posts

Marsla bağlı maraqlı sirr – Niyə aramsız titrəyir?

İstanbulun mərkəzində bina çökdü – VİDEO

Boliviyada dövlət çevrilişinə cəhd: General saxlanıldı, yaralılar var -VİDEO

1 şərh

1x bet promo cod Sentyabr 18, 2023 - 12:05 axşam

1xBet Promo Code 2023, it opens you a VIP sports bonus, which 100% corresponds to your first deposit of up to 130 €/$ (or the equivalent in the currency of your country). You can also use this bonus code when registering at 1xbet casino to receive a welcome bonus of 1950 €/$ and 150 free spins. promo code for free bet in 1xbet Thanks to the bonuses, each new player can increase their chances of winning, play with bonus money.

Add Comment