Şəhid Süleymaninin qətlində təqsirləndirilənlərdən biri ABŞ-ın Yəməndəki səfiri oldu

QafqazTimes xəbər verir ki, ABŞ Senatı şənbə günü qərargahı Ər-Riyadda yerləşən istefa vermiş Yəmən hökumətinin yeni səfiri Stiven Feqinin lehinə səs verib.

Əl-Xəbər Əl-Yəməni saytının məlumatına görə, Co Bayden Stiven Feqini 5 ay əvvəl bu posta təklifi etmişdi, lakin bu, Senat daxilində etirazla qarşılanmışdı. Səsvermə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dünən keçirilən iclasında baş tutub. Bundan əlavə Stiven Feqin Yəmən müharibəsinə son qoymaq üçün hərtərəfli həll yolu ilə bağlı çıxış edib.

O, bundan əvvəl İraqın Ərbil şəhərindəki ABŞ konsulluğuna rəhbərlik edib. O, həmçinin ABŞ Dövlət Departamenti nəzdində Yaxın Şərq İşləri İdarəsinin İran üzrə ofisinin direktoru vəzifəsində də çalışmışdır.

Qeyd edək ki, Stiven Feqinin adı da Donald Tramp və Mayk Pameo kimi şəxslərlə yanaşı, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin general Qasim Süleymaninin qətlində əli olanlarla bağlı sanksiya siyahısındadır.

Co Bayden Yəmən müharibəsinə son qoymağı seçki kampaniyası zamanı xarici siyasət prioritetlərindən biri adlandırmışdı. Amma nəinki Vaşinqton bu istiqamətdə heç bir addım atmayıb, hətta Yəmən mənbələrinin məlumatına görə, ABŞ-ın Səudiyyə koalisiyasına dəstəyi əhəmiyyətli dərəcədə artmışdır.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri