Şəhid Nəsrullahın ehtimal olan canişini Seyid Haşim kimdir?

Livan müqavimətinin şəhidi Seyid Həsən Nəsrullahın şəhadətindən sonra bu güclü və müqavimətli Livan partiyasının (Hizbullahın) yeni rəhbəri ilə bağlı fərziyyələr artıb.

Qafqaztimes xəbər verir ki, bəzi analitiklərin fərziyyələri göstərir ki, Livanın ən görkəmli şiə alimlərindən və müctəhidlərindən biri olan Ayətullah Şeyx Məhəmməd Yazbek, Hizbullah baş katibinin müavini və Livandakı şiə siyasi hərəkatının köhnə simalarından biri Şeyx Nəim Qasim və Müqavimətin köhnə simalarından Seyid Haşim Səfiyəddin şəhid Seyid Həsən Nəsrullahın canişinliyinə əsas namizədlərdir.

Livan Hizbullahı medianın fərziyyələrinə reaksiya verməsə də, ərəb mediası müqavimət şəhidi Seyid Həsən Nəsrullaha əsas alternativ kimi Seyid Haşim Səfiyəddini təqdim edir.

Digər tərəfdən, müşahidəçilərin fikrincə, Həsən Nəsrullahın yerinə mümkün namizədlər arasında Haşim Səfiyəddin bir çox cəhətdən Həsən Nəsrullaha bənzəyir, o cümlədən görünüşü və danışıq tərzi.

Üstəlik, Yediot Aharanot kimi İsrail mediasının belə bir proqnozu var və bu media xəbər yayıb ki, çox güman ki, Həsən Nəsrullahın dövründə Livanda Hizbullahın iki nömrəli adamı olan, İran İslam Respublikası ilə də yaxın əlaqələri olan Haşim Səfiəddin, bu qruplaşmanın lideri olacaq.

Seyid Haşim Səfiyəddin kimdir?


Haşim Səfiyəddin Livanda Hizbullahın təhsil sisteminə və maliyyə işlərinə, o cümlədən qrupun fəaliyyətlərinin maliyyələşdirilməsi üçün investisiyasına nəzarət edirdi.

2017-ci ildən o, ABŞ-ın sözdə qara siyahısındadır. İsrail mediasının məlumatına görə, Hizbullahın icra şurasının rəhbəri olan Haşim Səfiyəddin cümə günü İsrailin Hizbullahın sığınacağına hücumundan sağ çıxıb və ya əslində həmin yerdə olmayıb.

Seyyid Haşim Səfiyəddin

Şeyx Nəim Qasim

Şeyx Məhəmməd Yəzbək

Alalam

Related posts

Şəhid Seyid Həsən Nəsrullahın cənazəsinin dəfn üçün hazırlanması – Video

Allah diridir!

Livan hadisələri ilə bağlı müraciət

2 şərhlər

situs toto Sentyabr 29, 2024 - 4:39 axşam

selamat datang di togel online terbaik, https://tp.fkip.ulm.ac.id/toto/ terpercaya dan resmi

daftar slot online Sentyabr 29, 2024 - 5:09 axşam

Daftar situs slot terbaik disitus gacor hari ini Terpercaya

Add Comment