Səfərad yəhudilərinin rəhbəri Qəzzədə atəşkəs tələb etdi

Səfərad yəhudilərinin rəhbəri Qəzzədə atəşkəs tələb etdi

Səfərad yəhudilərinin rəhbəri Qəzzədə atəşkəs tələb etdi

İşğal olunmuş Fələstin yəhudilərinin rəhbəri sionist rejim nazirlər kabinetindən Həmasla razılığa gələrək Qəzzədə atəşkəs tələb edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Səfərdların (qeyri-avropalı Haredilər) keçmiş baş hahamı İshaq Yusif bu gün (15 sentyabr) sionist girovların azad edilməsinin vacibliyini vurğulayaraq deyib: Qəzzədə dərhal atəşkəs zəruridir.

İshaq Yusif baş nazir Benyamin Netanyahu və nazirlər kabinetinin radikallarının maneələrini tənqid edərək “girovların öz övladlarınız olduğunu hesab edin” – deyib.

Sionist rejimin sekulyaristləri tərəfindən fundamentalist və ekstremist hesab edilən Haredi yəhudiləri arasında fikir ayrılıqları getdikcə artır. Haredi gənclərinin məcburi hərbi xidmətə göndərilməsi onları hakim kabinetə qarşı müxalif mövqe tutmağa vadar edən məsələlərdən biridir.

Xatırladaq ki, İshaq Yusif iyunun 30-da istefa verib və hələ də onun yerinə heç bir rəhbər seçilməyib. O, nazirlər kabinetinin Haredilərin məcburi hərbi xidmət haqda verdiyi qərarı cırdıqdan sonra tərəfdarlarına bu qərara əməl etməmələri barədə mesaj vermişdi.

Related posts

369 fələstinli əsir azad olacaq

369 fələstinli əsir azad olacaq

Həmas atəşkəs razılaşmasının iflası ilə bağlı xəbərdarlıq edib

Həmas atəşkəs razılaşmasının iflası ilə bağlı xəbərdarlıq edib

Oyuncağını İsrailin dağıtdığı evinin xarabalıqları arasında tapan qızın sevinci – video