Rusiyanın paytaxtına yağan qar rəsmən bütün rekordları qırdı (Video izlə) 

Rusiyanın paytaxtı Moskvada yağan yağıntı rekord vurub.

Məlumata görə, dekabrın 3-nə yağan qar bütün 145 illik hava müşahidələri ərzində ən güclü qar olub.

Belə ki, 12 saat ərzində şəhərə 11 mm yağıntı düşüb. Əvvəlki rekord 1980-ci ildə qeydə alınıb və 9,4 mm olub.

Qeyd olunur ki, bazar ertəsi qarın yağması nəhayət ki, dayanacaq və çərşənbə axşamından həftənin sonunadək Moskvada güclü soyuq hava gözlənilir. Havanın temperaturu mənfi 22 dərəcəyə enəcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi