Rusiyanın kosmik yük gəmisi Sakit okeanda batırıldı (Video izlə)

Rusiyanın “Proqres MS-20” yük gəmisi Sakit okeanda gəmilərin hərəkətinin olmadığı bölgədə batırılıb.

Bu barədə “Roskosmos” dövlət korporasiyasından məlumat verilib.

Bu gəmi daha əvvəl Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiyaya məxsus “Zvezda” xidmət modulundan aralanmışdı.

“Bu gün “Proqres MS-20” yük gəmisi orbitdən çıxarılaraq atmosferə daxil olub və parçalanıb. Onun strukturunun yanmamış elementləri Sakit Okeanın cənub hissəsində gəmilərin keçmədiyi əraziyə düşüb”, – deyə məlumatda qeyd edilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi