Rusiyanın hipersəsli raketdaşıyıcı freqatı Səudiyyə Ərəbistanı limanına daxil oldu – FOTO

“Zirkon” hipersəs raketlərinin daşıyıcısı olan Rusiyanın “Admiral Qorşkov” freqatı son 10 ildə ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə limanına daxil olub.

Bu barədə Rusiya Qərb Hərbi Dairəsinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, “Admiral Qorşkov”la yanaşı Şimal Donanmasının digər gəmiləri, o cümlədən “Kama”  orta dəniz tankeri də limana daxil olub.

Qeyd edilib ki, gəmilər limanda yanacaqlar, şirin su, ərzaq ehtiyatlarını dolduracaq, daha sonra uzun məsafəli səfərlərinə davam edəcəklər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi