Rusiyanın 6 hərbi gəmisi Suriyanın Tartus limanına yanaşıb

QafqazTimes xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti cümə günü açıqlamasında şimal və Baltik donanmasının altı böyük logistik gəmisinin Suriyanın Tartus limanında yan aldığını bildirib.

Sputnik-in məlumatına görə, bəyanatda deyilir: “Admiral Nikolay Yumenovun komandanlığı altında Rusiya dəniz qüvvələrinin təlimləri çərçivəsində Şimal və Baltik Donanmasının bir sıra döyüş gəmiləri Avropa ətrafındaki səfərini başa vuraraq Aralıq dənizinin şərq hissəsinə yaxınlaşmışdır”.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, 6 min dəniz mili qət etmiş 6 iri logistik gəmi – “Pyotr Murqonov”, “Georgi Pubdonosts”, “Oleqnorski Qornyak”, “Korolyov”, “Minsk” və “Kalininqrad” yanacaq, içməli su və ərzaqla təmin olunması üçün Tartus limanında qalacaqdır.

Moskva və Dəməşq Tartus limanında Rusiya donanması üçün logistika mərkəzinin inkişafı ilə bağlı müqavilə imzalayıblar ki, bu da nüvə döyüş gəmiləri də daxil olmaqla 11 döyüş gəmisinə Tartusda 49 il lövbər salmaq imkanı verəcəkdir. Bu müqavilənin 25 il daha uzadılması da mümkündür.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya