Rusiyanın ən böyük ruleti hazırlandı – FOTO

Məşhur aşpaz və televiziya aparıcısı Konstantin İvlev Yekaterinburqda rulet hazırlamaq üzrə Rusiya rekordu qırıb.

O, Ural paytaxtına geniş miqyaslı kulinariya festivalı keçirmək üçün gəlib.

Tədbir Yekaterinburqun 300 illiyinə həsr olunub.

Rulet Mayakovski parkındakı böyük səhnədə hazırlanıb. Aşpaza Yekaterinburq Kulinariya Kollecinin tələbələri kömək ediblər.

Ruletin çəkisi 41,5 kq təşkil edib. Urallıların coşqun alqışları altında Rusiyanın Rekordlar Kitabının baş redaktoru aşpaz İvlevə müəyyən edilmiş rekordu təsdiq edən diplomu təqdim edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi