Rusiyalı bloqer məşhur futbolçu ilə azərbaycanlıların zarafatını paylaşdı (Video izlə)

Rusiyalı model və bloqer Svetlana Alekseyevanın Madrid “Real”ının türkiyəli ulduzu Arda Gülerlə videosu gündəm olub.

Bloqer “TikTok” sosial şəbəkəsində azərbaycanlıların məşhur “bir dənə çay verərsən” zarafatının videosunun səsi ilə paylaşım edib.

Bu görüntü həm Türkiyədə, həm də İspaniyada günün videosuna çevrilib.

Qeyd edək ki, Svetlana Alekseyeva futbolçulara yaxınlığı ilə tanınan bloqerdir. Onun “Instagram”da iki milyona yaxın izləyicisi var. Alekseyeva həm də Kriştianu Ronaldunun fanatı kimi tanınır. Bloqer portuqaliyalı ulduzun “Ən-Nəsr”dəki bütün matçlarını stadiondan izləyir.

Xatırladaq ki, son günlər bir çox məşhur bloqerlər bu zarafatla video çəkib paylaşırlar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi