Rusiya Federasiyasının Yakutiya Respublikasının Anabar bölgəsindəki Mayat almaz mədənində son 10 ilin ən böyük qiymətli daşı hasil edilib.
Mədəni “ALROSA”nın törəmə şirkəti “Almazı Anabara” işlədir.
Məlumata görə, daşın çəkisi 390,7 karatdır.
Qeyd olunur ki, tapılan almaz qeyri-standart formalı açıq kristal olub, sarı-qəhvəyi çərçivə ilə haşiyələnir. O, kütlə, forma və rənginə görə unikaldır.
Bundan əvvəl, 401 karat ağırlığında ən böyük qiymətli almaz on il əvvəl, 2013-cü ildə tapılmışdı.