Rusiyada sanksiyaların təsirini azaldacaq qeyri-adi addım – “İT oğurluğuna icazə”

“Rusiya sanksiyaların təsirini azaltmaq üçün daha bir qeyri-adi addım atır – oğurluğa icazə  verməyə hazırlaşır”. 

Bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz deyib. O bildirib ki, Rusiya hökuməti pirat proqram təminatından, pirat İT məhsullardan istifadə ilə bağlı cinayət məsuliyyətini və inzibati məsuliyyəti ləğv etməyə çalışır:
“Yəni, hansı qlobal İT şirkət Rusiyaya  sanksiya tətbiq edibsə, onun İT məhsulundan oğurluq istifadə etmək dövlət və özəl sektor üçün cinayət məsuliyyəti yaratmayacaq.  Rusiya hansısa xarici İT məhsuldan istifadə ilə bağlı onun  patent və ya müəllif hüquqi sahibindən razılıq alınması normasını da mövcud qanunvericilikdən çıxartmağa hazırlaşır. Hansı xarici İT məhsulun yerli variantı yoxdursa, hamısına bu qərar tətbiq ediləcək. Hökumət yerli İT məhsul yaradılanədək bu cür absurd qərarın qüvvədə olacağını nəzərdə tutub”.
O.Gündüz qeyd edib ki, “oğurluğa icazə”  qısa zaman kəsiyi üçün uğurlu ola bilər, amma uzunmüddətli dövr üçün yararlı olmayacaq:
“Rusiyada hökumət-vətəndaş sektoru “Microsoft”, enerji sektoru “Siemens”, bank sektoru “Oracle”, korportiv sektor “SAP” və “Oracle” üstündə oturub. Strateji, kritik sahələr üçün “oğurluq” məhsullardan istifadə ciddi risklər yaradacaq. Nəhəng sistemlər tez-tez  çökəcək. Eyni zamanda  İT məhsul istehsalçıları məhsulu qorumaq üçün min cür metodlar tətbiq edirlər. Güman etmək olar ki, xarici istehsalçılar da piratçılıqla mübarizə üçün əlavə texnoloji və hüquqi proseduralar müəyyən edəcəklər”.
Xatırladaq ki, Rusiyanın müxtəlif sektorlar  üzrə  İT ekosistemində hökmramlıq edən “Oracle”, “Apple”, “SAP”, “İBM”, “İntel”, “Microsoft”,” AMD”, “Cisco”, “Siemens”, “Ericsson”, “Nokia” və s. şirkətlər artıq Rusiya bazarından çıxdıqlarını rəsmi olaraq açıqlayıblar.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)