Rusiyanın Sankt-Peterburq şəhərində polis maşınlarına ziyan vurmağa cəhd edən, silsilə yanğınlar törədən şəxs saxlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, 38 yaşlı şəxs əvvəlcə Milli Qvardiya Qoşunlarının Özəl Mühafizə İdarəsinin anbarını yandırmağa cəhd edib.
Onun ikinci cinayəti isə yol polisi əməkdaşlarının xidməti avtomobillini yandırmaq cəhdi olub.
Növbəti oxşar cinayəti törətmək qərarına gələn şəxs Daxili İşlər Nazirliyi əməkdaşının avtomobilini seçib. Lakin bu dəfə o, yerindəcə yaxalanıb.
Faktla bağlı “Cinayətə hazırlıq” və “Əmlakı qəsdən məhv etmə və ya zədələmə” maddələri ilə iki cinayət işi başlanıb.