Rusiyada polis idarəsinə qumbara atıldı – FOTO/VİDEO

Rusiyada iki nəfərin polis idarəsinin ərazisinə qumbara atmasının görüntüləri yayılıb.

Hadisə Amur vilayətinin Tında şəhərində qeydə alınıb.

Videonu elə hadisəni törədənlər mobil telefonla lentə alaraq internetə yerləşdiriblər.

İlkin məlumatlara görə, qumbara “strikeball” və ya “airsoft” adlanan oyunlarda istifadə olunan pnevmatik partlayıcı olub, partlayış yerində onun plastik parçaları aşkar edilib.

Video yayıldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə “Siren” planı tətbiq edib və həmin şəxslər tez bir zamanda saxlanılıblar. Onlara qarşı cinayət işi açılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi