Rusiyada pişik 10 yaşlı uşağı yanğından xilas etdi – FOTO

Rusiyanın paytaxtı Moskvada Kuzya ləqəbli pişik 10 yaşlı oğlanın mənzilində baş verən yanğından xilas olmasına kömək edib.

Qeyd olunur ki, beşmərtəbəli binanın mənzillərindən birində baş verib. İlkin məlumatlara görə, axşam saat beş radələrində otaqdakı tavan lampalarında qısaqapanma baş verib, nəticədə asma tavanın bir hissəsi dəhlizdəki divanın üzərinə uçub. Mebel dərhal yanıb.

Bu zaman uşaq evdə tək olub. Həmin vaxt o, otağında dərs oxuyub və yanğını hiss etməyib. Ev heyvanı məktəblinin yanına qaçaraq, yüksək səslə miyoldamağa başlayıb. Yalnız bundan sonra uşaq başqa otaqda yanğının baş verdiyini görüb.

Uşaq pişiyi əlinə alaraq yanan mənzildən qaçıb, bundan sonra xilasediciləri çağırıb və qonşuları xəbərdar etməyə gedib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürüblər. Xəsarət alan olmayıb. Hazırda yanğının səbəbləri araşdırılır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi