Rusiyada meymun körpə uşağa hücum etdi – FOTO

Rusiyanın Saxalin vilayətində meymun körpə uşağa hücum edib.  

Hadisə nənəsi bir yaşlı qızcığazı gəzdirdiyi zaman baş verib.

Yaşlı qadının sözlərinə görə, o, nəvəsini uşaq arabasında gəzdirirmiş. Qucağında meymun olan bir kişi onların yanından keçib. Bu zaman meymun sahibinin əlindən çıxıb və uşaq arabasının üzərinə atılıb, körpənin üzündən yapışıb.

“Kişi meymunu dartıb qopardı və “o, xəstə deyil”, – deyə qışqıraraq qaçdı. Ardınca qaçdım, fikirləşdim ki, yetişərəm, amma o, həyətlərdə gözdən itdi. Ona necə çatım, boyum 150 sm, onun boyu isə 180 sm olana bənzəyirdi. Qızıma zəng etdim, dərhal gəldi”, – deyə uşağın nənəsi bildirib.

Ailə yaxınlıqdakı xəstəxanaya müraciət edib, uşağın yaraları təmizlənib, tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Daxili İşlər Nazirliyinin regional idarəsi heyvanın uşağa hücumu faktını təsdiqləyib, meymunun sahibi axtarılır.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

1 şərh

1xbet промокод бонус May 26, 2023 - 11:55 axşam

1xbet при регистрации промокод https://www.medtronik.ru/images/pages/1hbet_2021_promokod_pri_registracii.html

Add Comment